RU

Ançelotti futbolçulara Madrid derbisində nəyi qadağan edib?

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçulara La Liqanın 8-ci turunun "Atletiko"ya qarşı matçının hakimi ilə mübahisə etməyi qadağan edib. 

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. İtaliyalı mütəxəssis La Liqanın 7-ci turunun “Alaves”lə oyununda (3:2) futbolçularının davranışından narazı qalıb. Ona tez-tez görüşün baş hakimi ilə mübahisə edib və onun qərarlarına qarşı çıxıblar. Ançelottinin fikrincə, futbolçularının bu davranışı ucbatından matça nəzarəti itiriblər.

Ançelottinin cinah oyunçusu Vinisius Juniorla ünsiyyətə xüsusi önəm verdiyi vurğulanır. İtaliyalı məşqçi braziliyalı futbolçunun hakimlə mübahisəyə deyil, diqqətini oyuna yönəltməsini istəyir.

Qeyd edək ki, bu gün keçiriləcək Madrid derbisi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
19
1
teleqraf.com

2Источники