39 yaşlı hücumçu Kriştianu Ronaldo və “Əl-Nəsr” 2025-ci ilin yayında başa çatan əmək müqaviləsinin uzadılması üçün danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, Ronaldo 2026-cı il dünya çempionatında oynamaq niyyətində olduğu üçün oyun praktikasına ehtiyac duyur. 39 yaşlı hücumçu bu mundialda oynasa, tarixi rekorda imza ataraq, altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq.