RU

Kurban Berdiyev: "Heç-heçə ədalətli nəticədir"

"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

Sportnet.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi. 

- Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var?

- Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qadiriyə də şans vermək və onları meydanda görmək istədik.

- Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?

- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.

- Komandanın enişdə olduğunu demək olar?

- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.


Избранный
13
3
sportnet.az

8Источники