RU

Paşinyan Ermənistanın sonuncu rəhbəri ola bilər - İDDİA

“Əgər hər şey – siyasi, sosial proses, “elita”nın davranışı indiyə qədər olduğu kimi və indi də belə davam edərsə, Nikolun Ermənistandakı hakimiyyəti ömürlük, yaxud mövcudluğun sonuna qədər davam edə bilər. Lakin belə getsə, o, Ermənistanın sonuncu rəhbəri olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Alek Gevondyandır.

“Düşünürəm ki, həm ictimai fəal, həm də geniş sosial təbəqələrin nümayəndələri Ermənistanın hansı mürəkkəb xarici vəziyyətə düşdüyünü, müstəmləkəçi ölkələrin Ermənistandakı erməni cəmiyyəti ilə hansı institusional və texnoloji vasitələrlə işlədiyini təsəvvür etməkdə çətinlik çəkir. Elə bir sahə yoxdur ki, nəzarət altında olmasın. Yeri gəlmişkən, sənaye institusional strukturlarının dağılması da bu proqramların mühüm tərkib hissəsidir”, - deyə erməni politoloq belə ümidsiz cümlələr sərf edib.

Musavat.com

Избранный
48
1
musavat.com

2Источники