2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olub.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
"Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7 % iqtisadi artım müşahidə edilib", - deyə o qeyd edib.