RU

Azərbaycan seçməsi yenə uduzdu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı - 4:0.

Избранный
14
7
fanat.az

10Источники