RU

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin keçirilməsi qaydasıtəsdiqlənib

Bakı. Trend:

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həminfövqəladə mühitinaradan qaldırılması üzrə tədbirlərin növləri vəhəyata keçirilməsi qaydası təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qeyd edilib ki, sosial xarakterli fövqəladə mühitin aradanqaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:

1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;

3. ilkin zəruri təmir-bərpa işləri;

4. ictimai asayişin qorunması;

5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllinitapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;

6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya)əleyhinə tədbirlər;

7. ərazilərin və su tutumlarının (rezervuarlarının)zərərsizləşdirilməsi;

8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;

9. xəbərdar etmə və maarifləndirmə.

Məqalədə:
Избранный
8
9
az.trend.az

10Источники