RU

Rus ordusu yeni ərazilər ələ keçirdi - Əsas hədəfə 9 kilometr qaldı

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında bəzi əraziləri ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerdəki vəziyyəti müşahidə edən “Bildin” hərbi analitiki Yulian Röpke məlumat verib.

Söhbət Krutıy Yar və Krasnıy Yar kəndlərindən gedir. Röpke yazır ki, hazırda rusların olduğu nöqtədən Pokrovska 9 kilometr məsafə qalıb.

“Rusiya işğalçıları Pokrovskdan 9 kilometr şərqdə Krasnıy Yar və Krutıy Yar kəndlərini ələ keçirib”, - alman analitik bildirib.

Röpkenin məlumatına görə, ruslar şimala doğru irəliləyərək, şəhər istiqamətində hücum arealını genişləndiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
49
2
teleqraf.com

3Источники