Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində Nazirliyin nümayəndələri Qazaxıstanda səfərdə olub.
Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Qazaxıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, iki ölkənin pensiya, ünvanlı yardım, əlillik, proaktiv təyinat sahələrində təcrübə mübadiləsi aparılıb:
"Azərbaycanın əlilliyin qiymətləndirilməsi, ünvanlı yardım təyinatı, məşğulluq sahələrində innovativ həllərin tətbiqi, sosial ödənişlərin proaktiv təyinatı sahələrində təcrübəsi barədə məlumat verilib. İkitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib".