RU

Serhat Akına silahlı hücum edən 5 nəfər həbs edildi

Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Serhat Akına silahlı hücumda şübhəli bilinən şəxslər saxlanılıb.

Publika.az xəbər verir ki, silahlı hücumla bağlı saxlanılan altı nəfər məhkəmə qarşısına çıxarılıb.

Onlardan 5-i barəsində qəsdən adam öldürməyə cəhd ittihamı üzrə həbs qərarı verilib. Bir nəfər isə beynəlxalq səyahət qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, Serhat Akın ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalmışdı.

Избранный
72
publika.az

1Источники