Amerikalı sahibkar İlon Mask tezliklə "dron dəstələri" döyüşünün olacağını bildirib.
HİT.az xəbər verir ki, o, sosial şəbəkədəki X səhifəsində fikirlərini bölüşüb.
"Ağlınızı uçuracaq pilotsuz təyyarə döyüşləri gəlir", deyə milyarder bildirib.
May ayında İlon Mask gələcək müharibələrdə çox şeyin dronlardan asılı olacağını və konfliktlərdə dizayn edilmiş cihazların keyfiyyətinin həlledici rol oynayacağını proqnozlaşdırmışdı.
İlon Mask həmçinin bildirib ki, ABŞ-da qiymətlərin sürətlə artmasına səbəb miqrantların nizamsız axını olub:
"Hökumətin vergilər hesabına mənzil pulu təmin etdiyi milyonlarla qeyri-qanuni mühacir qiymətləri qaldıranların böyük bir hissəsidir".
Bundan əvvəl İlon Mask dəfələrlə ABŞ-da söz azadlığı problemlərindən danışmışdı və indi senzuranın hər yerdə yayıldığını vurğulayır. Mask həmçinin bildirib ki, Respublikaçılar Partiyasından ölkənin prezidentliyə namizədi Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələ bilməsə, Birləşmiş Ştatlar tiraniyaya sürüklənəcək.
Samir