RU

“Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.


Elm və Təhsil Nazirliyindən Ekologiya.az-a bildirilib ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.


Layihə çərçivəsində ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələrin keçirilməsi, məktəblərdə ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulub.


Qeyd edək ki, noyabr ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.

Избранный
1
9
ekologiya.az

10Источники