RU

Netanyahu İrana azadlıq vəd etdi

"İran, nəhayət, bir gün azad olacaq".

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Üstəlik, onun fikrincə, hər şey inanıldığından daha tez baş verəcək.

Siyasətçi İran vətəndaşlarına birbaşa müraciətində onlara vəd verib.

“İran nəhayət azadlığa qovuşduqda və o an çoxlarının düşündüyündən daha tez gələcək, hər şey başqa cür olacaq”, - deyə Netanyahu bildirib.

İsrailin baş naziri eyni müraciətində İran rəhbərliyini “tiran” adlandırıb. O, onları Yaxın Şərqdə “faydasız müharibələrə” başlamaqda günahlandırıb və sonra münaqişələrə xərclənən pulların mülki ehtiyaclar üçün istifadə edilməli olduğunu vurğuladı.

Müraciətin sonunda Netanyahu İsrail və İran xalqlarının sülh yolu ilə mövcud ola biləcəyinə əmin olduğunu bəyan edib.

Избранный
87
50
unikal.az

10Источники