RU

Dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş olub

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurum rəhbəri gənc komandamızın mundialda iştirakının mühüm olduğunu vurğulayıb. Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən O.Məmmədov komandanın potensialına inandığını ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Federasiya prezidenti futbolçulara ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Yığmanın baş məşqçisi Rəcəb Fərəczadə komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak edəcəyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq. Yığmanın heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox (4) oyunçu “Sumqayıt”dan çağırılıb.

Избранный
6
15
ikisahil.az

10Источники