RU

Putinin və onun aparatının saxlanması xərcləri 25 faiz artacaq

…2025-ci ildə Vladimir Putinin və onun aparatının saxlanmasına ayrılan xərclər dövlət büdcəsi layihəsinə əsasən dörddə birdən çox artacaq.

Beləliklə, sənədə əsasən, Rusiya Prezidenti və onun administrasiyasımaddəsi üzrə xərclər 30,9 milyard rubla qədər artacaq ki, bu da bu illə müqayisədə 25,6 faiz çoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Moscow Times” yazır.

Deməli, xərcləri artıran əsas amil həm Putinin özünün, həm də Kreml işçilərinin maaşlarının artırılması olacaq. Təxminən 1,5-2 min nəfərin çalışdığı prezident administrasiyasının əmək haqqı fondu 2025-ci ildə 18 milyard rubldan 21 milyard rubla qədər artacaq.

Həmçinin dövlət başçısı və Kreml rəsmilərinin mal və xidmətlərin alınması üçün xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

…Prezidentin və onun administrasiyasının saxlanması üçün xərclərin artırılması ilə yanaşı, 2025-ci ildə Ukraynadakı müharibənin maliyyələşdirilməsində əhəmiyyətli artım gözlənilir.

Büdcə layihəsinə görə, “milli müdafiə” xərcləri təxminən 25 faizartaraq 13,5 trilyon rubla çatacaq ki, bu da 41,47 trilyon rubl səviyyəsində planlaşdırılan bütün federal büdcə xərclərinin 32,5 faizini təşkil edəcək.

Eyni zamanda, sosial siyasətə cəmi 6,49 trilyon rubl ayrılacaq ki, bu da ümumi xərclərin yalnız 15,7 faizini təşkil edəcək.

Qeyd edək ki, əvvəllər sosial büdcə maddələri həmişə aparıcı yerləri tuturdu.

…Müharibə və prezident aparatının saxlanması xərclərinin artması fonunda hakimiyyət vətəndaşlardan və biznes qurumlarından cərimələrin yığılmasını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Federal büdcə layihəsinə uyğun olaraq, 2025-ci ildən 2027-ci ilə qədər olan dövrdə dövlət xəzinəsinə cərimələr, sanksiyalar və zərərlər hesabına təxminən 600 milyard, dəqiq desək, 592,7 milyard rubl gəlir gözlənilir. Bu məbləğdən təxminən 60 milyard rublun (illik 19,1 milyard) vətəndaşların əmlakının müsadirə edilməsi yolu ilə əldə edilməsi planlaşdırılır.

Beləliklə, 2025-ci ildə cərimələrdən ümumi gəlir 191,6 milyard rubl, 2026-cı ildə 197,3 milyard rubl, 2027-ci ildə isə bu məbləğ 203,8 milyard rubla qədər artacaq.

2023-cü ildə yığım planı 119,6 milyard rubl idisə, bu il 174,4 milyard rubl təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə müharibədən əvvəlki dövrdə hakimiyyət cərimələr, sanksiyalar və zərərlər hesabına cəmi 81 milyard rubl toplamaq niyyətində idi.

Əli Babayev

Избранный
40
sia.az

1Источники