RU

Səfir: Rusiya ilə Çin arasında hesablaşmaların 95%-i üçüncü ölkələrin valyutalarının iştirakı olmadan həyata keçirilir

Rusiyanın Çindəki səfiri İqor Morqulov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, bu gün Rusiya Federasiyası ilə Çin arasında qarşılıqlı hesablaşmaların 95%-i üçüncü tərəf valyutalarının iştirakı olmadan həyata keçirilir.

“… onlar artıq 95% rubl və yuanla, yəni üçüncü ölkələrin valyutalarının iştirakı olmadan həyata keçirilir”, – diplomat qeyd edib.

O əlavə edib ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 26,3% artaraq rekord həddə – 240,11 milyard dollar təşkil edib.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Rusiyanın xarici ticarət hesablaşmalarında rublun payının 40%-ə yaxınlaşdığını bildirmişdi.

Həmçinin, Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema Mbasogo dünya əksəriyyətinin dövlətləri tərəfindən istifadə ediləcək ümumi beynəlxalq valyutanın yaradılması təklifi ilə çıxış edib.

Mənbə RT rusca

Избранный
73
1
dogru.az

2Источники