RU

Bu ilin səkkiz ayında hərbi cinayətlərin sayı azalıb

Bu

Bakı, 1 oktyabr, AZƏRTAC

Ötən ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. X.Vəliyev bildirib ki, özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 faiz, fərarilik cinayətləri 93,3 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1 faiz, hərbi xidmətdən yayınma cinayətləri 34 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, xuliqanlıq cinayətləri 75 faiz, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7 faiz azalıb.

Избранный
31
17
azertag.az

10Источники