Günəş tutulmaları səmada ən maraqlı və təsiredici hadisələrdən biridir. 2 oktyabr 2024-cü ildə baş verəcək parçalı Günəş tutulması həqiqətin üzə çıxacağı bir dönəmdən xəbər verir.
Ölkə.Az "Posta" qəzetinə istinadla xəbər verir ki, bunu türkiyəli astroloq Filiz Özkol deyib. O, günəş tulmasının bürclərə təsirindən danışıb. Onun sözlərinə görə, bu tutulma siyasətdən sevgi həyatımıza qədər xarakterik inkişafımıza və mövcud vəziyyətlərimizə böyük ölçüdə təsir göstərəcək:
"Halqavari günəş tutulması dedikdə ağlımıza bir çox görüntü gəlir. Onun tam Günəş tutulması ilə müqayisədə fərqi çoxları tərəfindən bilinmir. Ay Günəşin işığını tamamilə kəsə bilmədiyi zaman Günəşin ətrafında halqa əmələ gəlir və Ayın kölgəsi ortada olur. Bu, "halqavari tutulma"dır.
2024-cü ilin ən taleyüklü tutulmalarından birindəyik. Bu tutulma Günəş və cənub Ay düyününün birləşməsi ilə baş verir. Yeni başlanğıclara, yeni dövrlərə qədəm qoyuruq. Taleyüklü dəyişikliklərin qapıları açılır. Köhnə ilə vidalaşmalıyıq. İstiqamətimiz dəyişir. Bir daha heç vaxt keçmiş həyatlarımızdakı kimi olmayacağıq".
Mütəxəssis tutulmanın flört və gözəlliklə əlaqəli olan Tərəzi bürcündə baş verməsinin təsirlərindən də danışıb:
“Tərəzi münasibətləri təmsil edir. İnanc, dostluq, sosial platformalar, sevgi mövzusu bizim kollektiv duyğular çərçivəsində hərəkət etməyimizi istəyir. Sosial faktlar ortaya çıxır. Sistemlər yenilənir. Taleyüklü sevgilərdən, ayrılıqlardan söhbət gedə bilər.
2024-cü il oktyabrın 2-də baş verəcək Günəş tutulması təxminən 7 dəqiqə davam edəcək. Günəş tutulması heç vaxt edə biləcəyinizi düşünmədiyiniz işləri etməyə kömək edir. Tutulmalar dəyişikliklərə və yeni situasiyalara səbəb olur. Hər şey müsbət olacaq deyə bir şey yoxdur. Tutulmalar bəzən sizin üçün yeni bir qapı açır. Əvvəllər vaxt heç girə bilmədiyiniz bir qapı sonuna qədər açıla bilər”.
Astrologiya təkcə fərdi həyatımıza təsir edən bir hadisə deyil. Bütün dünya səma hadisələrindən öz payını alır. Astroloq bu tutulmaların dünyaya təsirindən də söz açıb:
"Pozulmuş tarazlıqlar yenidən qurulacaq. Kainat ədalətsizlik qarşısında ədalət sistemi qurur. Şiddətli toqquşmalar olacaq. İlahi ədalət dediyimiz məsələlər qarşımıza çıxacaq.
Qəfil hadisələr bir anda bir çox hadisəyə işıq salacaq. Sistem daxilində yeni nizam qurulur. Dünya liderləri yerlərini dəyişirlər. Təslim olmamalı və güclü olmalıyıq. Cəmiyyətlər sınaqlardan keçir.
Amerikanın problemləri böyüyür. Liderlər və ədalət ilə birlikdə yerini alacaq. İsrailin öz içində savaş enerjiləri daha da yüksəlir və dünyada tənqid olunmağa davam edəcək. Amerika ilə siyasi əlaqələr zəifləyəcək. Amerikanın gücü dünyada zəiflədikcə yeni siyasi oyunlara girəcək. İqtisadi gücün zəifləməsi ilə dövlətlər arasında iğtişaşlar başlayır. Seçkilərdən sonra iğtişaşlar olacaq: hərbi hadisələr, xalq arasında iğtişaşlar”.
Tutulmalar bəzi insanlara və bürclərə daha dərindən təsir edəcəyini deyən Filiz Özkol bildirib ki, bu dövrdə bəzi bürclər çox diqqət olmalıdır:
“Hər bürc öz təsir dairələrində tutulmalardan öz payını alacaq. Əsas odur ki, yaşadığımız ərazilərdə baş verən köklü dəyişiklikləri qəbul edək və yeni həyatımıza uyğunlaşaq. Bu tutulmanın ən şanslı bürcləri Tərəzi, Qoç, Əkizlər, Dolça, Şir və Oxatandır.
Əgər bir proses sona çatırsa, bu, kainatın sizin xeyrinizə olan yardım əli ilədir, bitən hadisələrin arxasınca qaçmayaq. Biz son yüz ilin ən kritik və mənalı tutulmasını yaşayırıq. Bu müddətdən sonra hər şey dəyişəcək. Həyatdan şikayət etmək əvəzinə, gözləntilərinizə diqqət yetirməlisiniz. Hərəkət etmək, dəyişmək vaxtıdır. Geriyə baxmaq əvəzinə, gələcəyə diqqət yetirməliyik. Çalışqanlıq, iş sistemləri, təmizlik, gigiyena, sağlamlıq, liderlər, sənətçilər baxımından dünyaya kökündən təsir edəcək dəyişikliklərə hazır olmalıyıq. İslahatçı dəyişikliklər olacaq. Qəbul etdiyimiz radikal qərarlar həyatımızı dəyişəcək. Uzun müddət yaşadığınız məhəllədən bir daha geri dönməyəcək şəkildə köçə, ölkəni, hətta peşənizi dəyişə bilərsiniz. Yeni gəlir mənbəyi qapısı açıla bilər. Oktyabrın 2-də Tərəzi bürcündə ikinci Günəş tutulması ilə xaos və dövlətlər arasında yeni nizam gəlir”, - deyə o əlavə edib.
Billurə