Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunun “Qarabağ” – “Malmö” matçından öncə mətbuat konfransları və açıq məşqlər təşkil ediləcək.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə komandanın ilk 15 dəqiqəsi açıq olacaq məşqi “Azersun Arena”da reallaşacaq.
Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün mərkəzi arenada təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni stadionda keçiriləcək oyunöncəsi son məşqi 19:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” matçına saat 20:45-də start veriləcək.