RU

Türkiyədə TDT-nin topoqrafiya qurumları sədrlərinin birinci toplantısı keçirilir

Türkiyədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin topoqrafiya qurumları sədrlərinin birinci toplantısı keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iclasda üzv və müşahidəçi ölkələrin milli hərbi xəritəçəkmə qurumlarının nümayəndələri iştirak edirlər.

Toplantıda TDT baş katibinin müavini Sadi Jafarov, Türkiyənin milli müdafiə nazirinin müavini Şuan Alpay da iştirak edir.

Vurğulanıb ki, tədbirin məqsədi TDT ölkələri arasında topoqrafiya sahəsində əməkdaşlığı gücləndirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq, müştərək layihələrin icrası ilə bağlı müzakirələr aparmaqdır.

Избранный
9
ikisahil.az

1Источники