İmişli rayonu, Qaraqaşlı kənd sakini Əsədova Ayna Mamhud qızı tərəfindən Hurriyyet. az saytının redaksiyasına şikayət məktubu daxil olub. Övladının sağlıq durumu ilə bağlı Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik.
“Möhtərəm Prezident, cənb Ali Baş Komandan!
Övladım, İmişli rayonu, Qaraqaşlı kənd sakini, 2016-cı il təvəllüdlü Əsədov Manaf Nicat oğlu xəstədir. Uşağımın ombasında çıxıq var.
Sizdən xahiş edirəm ki, mənim xəstə uşağıma köməklik edəsiniz. Maddi imkanım olmadığı üçün sizə müraciət edirəm. Övladımın problemi ancaq və ancaq sizin nəzarətinizlə həll oluna bilər”.
Aynurə İSMAYIL
Hurriyyet.az