RU

İranda silahlı hücum - SEPAH komandiri öldürüldü

Bu gün İranda terror aktı törədilib.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, naməlum şəxslərin Sistan və Bəlucistan vilayətində silahlı hücumu nəticəsində 6 nəfər ölüb.

Ölənlərdən birinin vilayətin Nikşəhr bölgəsində yerləşən Bent şəhərinin SEPAH komandiri Parviz Kadxodaei olması bildirilir. Onunla yanaşı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan iki əsgər və daha 2 nəfər də həyatını itirib.

Hadisənin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.

Избранный
65
2
qafqazinfo.az

3Источники