ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişə bilər.
Missiya.Az “Financial Times”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan Qərb rəsmisi məlumat yayıb.
O, bildirib ki, Baydenin yanvar ayında vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzvlük təklifini təkmilləşdirməyə razı ola biləcəyinə dair siqanallar var.
Qeyd edək ki, Ağ Ev rəhbəri Ukraynanın müttəfiqlərinin oktyabrın 12-də Almaniyada “Ramşeyn” formatında keçiriləcək görüşünə sədrlik edəcək.
Daşqın HəsənovMissiya.Az