RU

Sloveniyalı ulduz "Leyptsiq"dən gedir? - Özü açıqladı

Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Benyamin Şeşko iş yerini dəyişəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun sözlərini belə çatdırıb:

"Leyptsiq"də xoşbəxtəm. Elə buna görə də müqavilə yeniləmək qərarına gəldim. Burada böyük uğurlar qazanmaq istəyirəm. Klubun hədəfləri böyükdür".

Xatırladaq ki, sloveniyalı forvardın xidmətində "Çelsi", "Arsenal", "Mançester Yunayted" kimi İngiltərə nəhəngləri maraqlıdır. Ötən mövsüm Bundesliqa təmsilçisində 18 qol vuran Şeşko bu yay müddəti 2029-cu ilə qədər nəzərdə tutulan yeni anlaşmaya qol çəkib.

Nihat

Избранный
3
fanat.az

1Источники