İsrailin Baş naziri İran xalqını ölkə rəhbərliyinə dəstəyi dayandırmağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqını ölkə rəhbərliyinə dəstəyi dayandırmağa çağırıb. AYNA xəbər verir ki, sentyabrın 30-da “The Times of Israel”in saytında dərc olunan videomüraciətdə Netanyahu adi iranlıları hakim rejimlə müqayisə edərək deyib ki, ölkə xalqı “daha yaxşısına layiqdir” və onları “əsarətə alan” İran hakimiyyəti insanları “daha da uçuruma yaxınlaşdırır”.
“Əgər onlar sizinlə maraqlansaydılar, Yaxın Şərqdə mənasız müharibələrə milyonlarla dollar xərcləməyi dayandırardılar”, - İsrailin Baş naziri deyib.
Netanyahu İranın “nəhayət azad olacağına” və sonra “iki qədim xalqın - yəhudilər və farsların sülh içində yaşayacağına” əmin olduğunu bildirib.
Müraciətinin sonunda Netanyahu iranlıları dəstəkləyəcəyinə əmin edib və onları “kiçik bir qrup fanatik teokratların onların ümid və arzularını məhv etməsinə” imkan verməməyə çağırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта