RU

Gəncə Dövlət Universitetində tyutor işləmək istəyənlər üçün imtahan keçirildi

Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi üçün elan edilən 15 vakansiya üzrə  28 nəfərin müraciəti əsasında imtahan təşkil olunub. 30.09.2024-cü il tarixdə başlanılan müsabiqədə Universitetin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs tələbələri iştirak ediblər. Üç mərhələli müsabiqənin ilkin mərhələsində 28 nəfər namizədin İKT bilikləri yoxlanılıb.

Modern.az xəbər verir ki, müsabiqə 02 oktyabr 2024-cü il tarixdə yekunlaşacaq. Hər üç mərhələdən müvəffəqiyyətlə keçənlər üçün 15 gün müddətində akademik təlim təşkil ediləcək.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti Tədris Departamentinin tərkibində 2022-ci ildən fəaliyyət göstərir.

 

Избранный
66
modern.az

1Источники