RU

"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"

"NATO-nun baş katibi olaraq Rütteyə Niderlandın baş naziri postunda koalisiya yaratmaq vərdişləri lazım olacaq..."
 
Yeni baş katib NATO və Ukraynaya nə vəd edir?..
 
Bu gün, oktyabrın 1-də Niderlandın sabiq baş naziri Mark Rütte NATO-nun baş katibi vəzifəsini tutacaq. Ona hərbi Alyansa Ukraynada müharibənin kritik məqamında başçılıq etmək həvalə edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
NATO-nun Brüsseldəki mənzil-qərargahında təşkilata qaynar onillik ərzində rəhbərlik edən Yens Stoltenberqi Mark Rütte əvəzləyəcək. 
 
Rəsmi şəxslər və NATO diplomatları Rüttenin Stoltenberqin Alyansda prioritetlərini, yəni Ukraynaya dəstək üzrə sıx birliyin təmin edilməsi, NATO ölkələrinin müdafiə xərclərinin artırılmasına sövq edilməsi və ABŞ-ın Avropanın təhlükəsizliyinə cəlb edilməsini qoruyub saxlayacağını gözləyir.
 
Lakin həm tükəndirmə savaşına çevrilən Ukrayna münaqişəsi ətrafında, həm də NATO-ya skeptik yanaşan Donald Trampın vitse-prezident Kamala Harrislə kəskin seçki mübarizəsi apardığı zaman ABŞ-ın NATO və Kiyevə gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür. 
 
Bu il Niderlandın baş naziri postunu rekord 14 ildən sonra tərk edən Rütte Ukraynanın qətiyyətli tərəfdarıdır. O, həmçinin avropalılara ABŞ-ın sabiq prezidenti Trampla bağlı "sızlamaqdan" vaz keçməyə və qitənin müdafiəsini möhkəmləndirməkdə davam etməyə çağırış edib.
 
Ukraynada müharibə 1949-cu ildə Qərbi Avropaya Sovet İttifaqının istənilən hücumundan çəkindirilməsi və müdafiə olunması üçün əsası qoyulan NATO-nu yenidən beynəlxalq işlərin mərkəzinə gətirib çıxarıb.
 
Bu müharibə NATO-nu Moskva tərəfindən hücum imkanlarına "soyuq müharibə"nin bitməsindən sonra daha ciddi yanaşmaq üçün özünün şərq cinahına minlərlə əlavə qoşun göndərnməyə və özünün müdafiə planlarına yenidən baxmağa sövq edib.
 
Qərb liderlərinin NATO-nun müdafiə Alyansı olduğunu vurğulamasına rəğmən, Moskva uzun illər ərzində onu Rusiyaya təhlükə kimi təsvir edib. 
 
Diplomalar və analitiklər deyir ki, Rüttenin başlıca vəzifələrindən biri NATO ölkələrini yeni müdafiə planlarının tam gerçəkləşməsi üçün əlavə qoşunlar, silah və xərclər ayrılmasına inandırmaqdır.
 
ABŞ NATO-da dominant qüvvədir, lakin Alyansda qərarlar konsensusla qəbul edilir, ona görə də baş katibin işinin xeyli hissəsi müttəfiqlər arasında güzəştlərə nail olmaqdan ibarətdir.
 
Diplomatlar Rüttenin koalisiya hökumətlərinin idarə edilməsində çoxillik təcrübəsi olduğundan onun yeni roluna yaxşı uyğun gəldiyini qeyd edir.
 
Rütte NATO-nun baş katibi postunda-bəlli olanlar
 
NATO-nun yeni baş katibi Mark Rütteyə Ukraynada müharibə, Kremlin hərəkətləri və ABŞ-da siyasi qeyri-müəyyənlik fonunda Alyansın bütövlüyünü qoruyub saxlamaq üçün Niderlandın baş naziri olduğu zaman koalisiyalar yaratmaq vərdişləri lazım olacaq.
 
NATO-nun baş katibi postunda Rüttenin çoxsaylı problemləri olacaq, onlardan birincisi Alyansa skeptik yanaşan Donald Trampın ABŞ prezidenti postuna mümkün dönüşü, habelə Şərqi Avropa üzvlərinin Ukraynanın müdafiəsinin əlavə olaraq gücləndirilməsi və hərbi yardımın artırılması barədə xahişləridir.
Избранный
12
moderator.az

1Источники