Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib.
Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Pekin öz maraqlarına və reputasiyasına xələl gətirmədən Avropanın müasir tarixinin ən böyük münaqişəsini alovlandırmağa davam edə bilməz.
"NATO-nun diqqəti xalqımızın təhlükəsizliyini təmin etmək üçün Avroatlantik təhlükəsizliyə yönəlməlidir. Lakin bugünkü təhdidlər getdikcə qloballaşır. Ona görə də mən bizim dəyərlərimizi paylaşan yaxın və uzaq ölkələrlə tərəfdaşlığı dərinləşdirəcəyəm", - Rutte bildirib.
Zaur, BakuPost