RU

Bakıda məktəbin qazanxanasında partlayış - Yaralanan var

Bakıda məktəbin qazanxanasında partlayış - Yaralanan var




Bakıda orta məktəbdə qazanxanada partlayış olub.AzFakt.com APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı kişi hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.Məktəbdən verilən məlumatına görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçikhəcmli partlayış olub: “Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək”.Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib və hazırda məktəbdə dərslər normal qaydada davam edir.




Xəbərin oxunma sayı :
109

Избранный
20
49
azfakt.com

10Источники