RU

Rusiya ABŞ-la hərbi qarşıdurmaya hazırdır - Ryabkov

“Rusiya ABŞ-la münasibətlərin normallaşmasını gözləmir və uzunmüddətli siyasi və hərbi qarşıdurmaya hazırdır”.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva dəfələrlə Vaşinqtona bununla bağlı siqnallar göndərib. Rusiya XİN-in rəsmisi ABŞ-nin Rusiyanı məğlub edə bilməyəcəyini də sözlərinə əlavə edib:

“ABŞ-dəki hər iki siyasi partiyada Rusiya ilə münasibətlərə dair vahid fikir mövcuddur. Ona görə də münasibətlərimizin normallaşmasına dair hər hansı illüziyalara qapılmağı doğru saymıram”.(APA)

Избранный
11
4
olke.az

5Источники