RU

BMT xüsusi məruzəçisi Salvioli Qarabağ ermənilərindən nələr uydurdu...

Image

BMT artıq dünyanin siyasi tacirlərinin alver məkanına çevrilib. Çünki bu qurumda Fransa, ABŞ və Rusyadan başqa sözü keçərli olan bir dövlət nümayəndəsi yoxdur. BMT artiq bu üç dövlətin siyasi-iqtisadi maraqlarını müdafiə etmək üçün yaradılan qeyri-hökumət təşkilatına bənzəyir. Çünki Amerika Konqresində Azərbaycana qarşı hansı kampaniya aparılırsa, mütləq bir necə gün fərqlə BMT-də onun davamı gəlir.

Adams Sifftin Konqresə təqdim etdiyi anti-Azərbaycan qanun layihəsinin təqdimatından hələ bir həftə ötməmiş artiq BMT-nin həqiqətin, ədalətin, təzminatın və təkrarlanmamanın təminatlarının təşviqi üzrə xüsusi məruzəçisi Fabian Salvioli öz məruzəsində Azərbaycanın "Dağlıq Qarabağ"da apardığı "etnik təmizləmə" və insanların "məcburi köçkünlüyünə" toxunub.

"Dağlıq Qarabağ Qaçqınlarının Hüquqlarını Müdafiə Birliyi" Salviolinin 2023-cü il noyabrın 16-dan 24-dək Ermənistana səfəri ilə bağlı hesabat təqdim edib.

BMT-nin xüsusi məruzəçisi çıxışında Azərbaycanın "Dağlıq Qarabağ"da apardığı "etnik təmizləmə"yə toxunaraq, səfərinin minlərlə erməninin (!) Dağlıq Qarabağdan zorla deportasiya edildiyi vaxta təsadüf etdiyini qeyd edib. O əlavə edib ki, məcburi köçkünlərin ağrılarının, zəruri ehtiyaclarının şahidi olub.

Bütün bunları eşidən dünya ictimaiyyəti bəlkə də ötən əsrin 90-cı illərdə Ermənistanın apardığı əsl etnik təmizləmə barədə artıq unudub. Lakin Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və yeri gəldikcə "haqq-ədalət" carçısi olan BMT məruzəçilərinin və digər riyakar siyasilərin başına çırpacaq 

Bu faciələri kim unutsa da, cənab Fabian Salvioli dəqiq bilir ki, Ermənistan silahlı qüvvələri Xocalıda və digər onlarla azərbaycanlı kəndində hansı faciələr törədib. Azərbaycan Dağlıq Qarabag bölgədində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya təklif etdi. Yəni təklif etdi ki, gəlin vətəndaşlığımızı qəbul edin, siz Azərbaycan ərazisində yaşayirsınızsa, deməli, bizim vətəndaşımızsınız. Lakin əhali bu təklifi qəbul etmədi və Ermənistana köçməyi üstün tutdu. O halda Azərbaycan hökuməti onların sərbəst köçünü təşkil etdi, yolda suyu, qidası olmayanlara su, qida verdi. Ermənistan isə işğal zamanı onlarla Apzərbaycan kəndini bir-bir mühasirəyə alaraq, əhali üçün yalniz bir çıxış yolu qoydu. Əhali həmin çıxışdan keçəndə isə onlari pusquya salıb gülləbaran etdi, əsir götürdü, işgəncələr verdi və bu ışgəncələrlə dinc əhalini məhv etdi.

Fabian Salvioli həyasızcasına Qarabağdan köç etmiş ermənilərin sənədlərinin və arxivlərin qayğısına qalır. Bəs bir milyon qaçqın düşmüş azərbaycanlının sənədləri, əmlakı, ev-eşiyindən bu məxluqun xəbəri varmı? Niyə bu 30 ildə bir kəlmə də BMT tribunasından səsləndirilmədi ki, 1 milyon azərbaycanlın əmlakı yağmalanıb? Çünki bu haqqı dilə gətirmək yixarıda adları çəkilən BMT şeflərinin maraqlarına uyğun deyildi. Onlar bu iki xalqı bir-birinə qarşı düşmənçiliyə sürükləyib, onların bədbəxtliyi üzərındə öz ölkələrinin xoş və firavan həyatını qurmaqda işrarlı idilər.

Nəyə görə Azərbaycan vətəndaşı qaçqın, əsir, şəhid olmalıdir, Fabian Salviolinin nəsil şəcərəsi və həmvətənləri xoşbəxt və komfortlu həyatla əhatələnməlidir?

Salvioli "Artsax xalqı"nin mədəni irsinin, qəbirdəki ölülərinin qayğısına qalır. Amma 4 min azərbaycanlının izi belə ernənilər tərəfindən itrilib, bu barədə niyə bir kəlmə də demir? Çunki sifariş bu deyil, onun öhdəliyi erməniləri müdafiə etməkdir.

Fabian Salvioli dunyada mövcud olmayan "Artsax xalqı"ndan danışır. Xalq o millətlərə deyilir ki, onun rəsmi dövləti olsun. Ermənilər də Rusiya və digər super-dövlətlərın köməyilə Ermənistanı qurmaqla xalqa çevriliblər. BMT "Artsax"ı dövlət kimi tanınayıbsa, onun məruzəçisinin "artsax xalqı" ifadəsini məruzəsində dilə gətirməsi nə qədər qanunauyğundur? Əlbəttə, qətiyyən uyğun deyil...

Salvioli dünya içtimaiyyətini "Dağlıq Qarabağ xalqının" səsinin eşidilməsini təmin etməyə çağırıb. Belə bir xalq yoxdur, Qarabağda 30 il məskən salmış kontingent Ermənistandan, Suruyadan, İraqdan və digər ölkələrdən bu əraziyə köçrülmüş etnik ermənilərdir. Bunlar haçan xalq oldu ki?

Salvioli həyasızcasına beynəlxalq ictimaiyyəti Qarabağda haqq-ədaləti bərpa edən mexanizmlər axtarmağa çağırır. Bu məxluqun BMT-nin dörd qətnanəsindən bəyəm xəbəri yoxdur? Həmin qətnamələr tələb edirdi ki, Qarabağ və ona bitişik ərazilərdən bütün silahlı qüvvələr çıxmalı və ərazi de-fakto Azərbaycanın yurisdiksiyasına qaytarılmalıdır. Azərbaycan Ordusu yalnız həmin BMT qətnanələrınin tələblərini icra edib - ərazisindən qeyri-qanuni silahlı birləşmələri çıxardıb. Zatən dünya birliyi də guya bunu istəyirdi, hər halda, bizə belə deyirdilər. Lakin indi vəziyyət dəyişib, işğal dövründə bizə "dəstək" verənlər, indi üstümüzə gəlir, özlərindən xalq və o "xalqın problemlərini" uydurur, bunun altında isə öz strateji maraqlarını inkişaf etdirirlər.

Xüsusi məruzəçi on minlərlə qaçqının geri qayıtmasını vacib sayır.  Azərbaycan hökuməti buna etiraz etmir, hər bir qaçqın Azərbaycanda yaşamaq istəyini bildirməli, dövlətin şərtləri daxilində yaşamaq hüququ almalıdır. Amma bir şərtlə ki, Ermənistandan qovulmuş 700 min azərbaycanlının da eyni hüququ tanınsın. 85 min etnik erməni Azərbaycandan köçübsə, yalnız son dönəmdə (belə qovulma dalğası bir necə dəfə olub) Ermənistandan 700 min azərbaycanlı qaçqın düşüb. Həmin qaçqınların, üstəgəl, Qarabağ və ona bitişik 7 rayondan qovulmuş 300 min əhalinin hüquqları BMT tərəfindən eyni qaydada tanınmalıdir.

Akif NƏSİRLİ





Избранный
26
baki-xeber.com

1Источники