RU

II Elizabet Rusiya ilə bağlı bunu vəsiyyət etdi - Conson açıqladı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun xatirələrində Rusiya ilə xarici əlaqələrlə bağlı Kraliça II Yelizavetanın ona verdiyi məsləhətlər qeyd olunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, keçmiş nazir bu barədə yazdığı kitabda yer verib.

Xatirələrində Conson Kraliçaya Hindistanla çətin danışıqlardan danışdığını qeyd edib. İngiltərə Hindistanı Rusiyaya qarşı daha sərt siyasət yürütməyə inandırmağa çalışırdı

"Bu gün, rəsmi istefa verdiyim gün, digər məsələlərlə yanaşı, Ukrayna haqqında da danışdıq. Hindli dostlarımızı Rusiyaya qarşı daha sərt siyasətin zəruriliyinə inandırmağa çalışarkən qarşılaşdığımız çətinlikləri qeyd etdim. O xatırladıb ki, Hindistanın keçmiş baş naziri Cavaharlal Nehru bunu ona 1950-ci illərdə demişdi. “O, mənə Hindistanın həmişə Rusiyanın tərəfində olduğunu və bəzi şeylərin heç vaxt dəyişməyəcəyini söylədi. Onların siyasəti bu yöndədir".




Müəllif: Arzu
Избранный
34
teleqraf.com

1Источники