"Qalatasaray"ın hücumçusu Viktor Osimhen UEFA Avropa Liqasının II turunda zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Fanat.Az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı forvardın sol ayağında zədə aşkarlanıb.
O, Latviya təmsilçisi RFŞ-yə qarşı oynamayacaq.
Qeyd edək ki, RFŞ - "Qalatasaray" görüşü oktyabrın 3-də baş tutacaq.