İsrail İranın zərbələrinə cavab verərsə, sarsıdıcı hücumlarla üzləşəcək.
OXU24.COM xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"İsrail rejimi İranın hərəkətlərinə reaksiya verərsə, dağıdıcı hücumlarla üzləşəcək", - SEPAH bildirib.
İran İsrailə ən böyük raket hücumunun səbəbini də açıqlayıb. İran Hizbullah və Həmas liderlərinin, eləcə də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livandakı qüvvələrinin komandirinin şəhid olmasına cavab olaraq İsrailə hücum edib. Bu barədə İSNA agentliyinə SEPA-nın mətbuat xidməti məlumat verib.
“[Həmas Siyasi Bürosunun rəhbəri] Haniyə, [Hizbullahın baş katibi] Seyid Həsən Nəsrullah və [Livandakı SEPAH komandiri Abbas] Nilfruşanın şəhadətinə cavab olaraq, [İsrailin] işğal olunmuş ərazilərinin ürəyini hədəfə alırıq”, açıqlamada bildirilib.