1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yəhudi dövləti ərazisinə endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox "F-35" təyyarəsi vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
SEPAH-dan verilən açıqlamaya görə, İsrailin Nevatim aviabazasına raket zərbəsi endirilib.
Hadisə ilə bağlı başqa təfərrüat açıqlanmır.