RU

Nazirlik bu şəxslərə 1000 manat mükafat verir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.

Publika.az xəbər verir ki, mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

Cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb.

Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.

Избранный
44
8
publika.az

10Источники