RU

Qari Nevill İngiltərə çempionluğuna iki əsas namizədi açıqladı

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasında çempionluğa iki əsas namizədin adını açıqlayıb.

Arena.az hazırda futbol mütəxəssisi çalışan veteran futbolçunun bu barədə fikrini təqdim edir:

“Ötən mövsüm çempionluq uğrunda gözəl mübarizənin şahidi olduq. Bu il, məncə, bundan pis olmayacaq. Düşünürəm ki, “Mançester Siti” onları arxadan kimin təqib etdiyini bilir. Bunun “Arsenal” olduğuna şübhə yoxdur. “Topçular” “şəhərlilər”dən daha pis olmaq istəmirlər, qənimətə doğru gedən yolun asan olacağını düşünməyə “şəhərlilər”ə imkan vermək istəmirlər. Amma hadisələrin inkişafını bəyənirəm. Düşünürəm ki, bizi maraqlı mübarizə gözləyir”, deyə Nevill vurğulayıb.

Qari Nevill “Liverpul”un mümkün çempionluğu ilə də bağlı yeni təxmin verib. İngilis mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“İndi “Liverpul” iki il əvvəl etdiyi kimi, Premyer Liqada və UEFA Çempionlar Liqasında uğur qazana biləcəyini sübut etməlidir. Fikrimcə, bunu iki il əvvəl olduğu kimi, eyni oyunçularla sübut etməlidir”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün qalibi 91 xal toplamış “Mançester Siti” olub. “Arsenal” 89 xalla 2-ci, “Liverpul” isə 82 xalla 3-cü yeri tutub.

Premyer Liqanın cari mövsümündə isə 6 oyuna 15 xal toplamış “Liverpul” vahid liderdir. “Mançester Siti” 14 xalla 2-ci, eyni xala malik “Arsenal” isə 3-cü sırada qərarlaşıb. Növbəti pillələrdə yer almış “Çelsi” və “Aston Villa”nın 13, “Fulhem və “Nyukasl”ın 11, “Tottenhem”in 10 xalı var.

Избранный
12
arena.az

1Источники