RU

MDB dövlətlərinin rəsmi qurum və şəxsləri arasında yazışmaların təhlükəsizliyi müzakirə edilib

Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

İclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak edib. 38-ci iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.

Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, onların məzarları önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iştirak edib. Açılış nitqi ilə çıxış edən İ. Musayev Xİdmət adından iclas iştirakçılarını salamlamış, iclasın gedişatına uğurlar arzulayıb.

İclasda Koordinasiya Şurasının iştirakçı dövlətlərin başçıları, hökumət və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların (korrespondensiyaların) operativ və təhlükəsiz şəkildə çatdırılması məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılıb.

İclasın yekunlarına dair protokol imzalanıb.

MDB MDB MDB
Избранный
17
2
apa.az

3Источники