RU

Nigeriyada qayığın batması nəticəsində azı 150 nəfər itkin düşdü

Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində azı 150 nəfərin itkin düşdüyü bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi Agentliyinin (SEMA) Niger Dövlət Baş direktoru Abdullahi Baba Arah açıqlama verib.
 
Verilən açıqlamada, dünən axşam saatlarında təxminən 300 nəfərin olduğu qayığın Mokva bölgəsindəki çayda batdığı bildirilib.
 
Arah həmçinin qəzada ən az 150 nəfərin itkin düşdüyünü, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
 
Qəzadan sonra dalğıcların çox sayda sərnişini xilas etdiyi və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi də bildirilib.
 
Oksana
 

Избранный
5
3
azxeber.com

4Источники