RU

İstanbulun yeni Baş prokuroru bəlli olub

İstanbulun

Türkiyənin ədliyyə nazirinin müavini Akın Gürlek İstanbul Baş prokuroru təyin edilib. Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Hakimlər və Prokurorlar Şurasında (HSK) boş olan 8 Ali Məhkəmə üzlüyünə seçki keçirilib.

Bu gün HSK Baş Assambleyasında keçirilən yığıncaq nəticəsində İstanbul Cümhuriyyət Baş prokuroru Şaban Yılmaz, İzmir Karşıyaka Baş prokuroru Əli Rıza San, İstanbul Regional Ədalət Məhkəməsi (BAM) şöbə müdiri Osman Kiper, İstanbul BAM üzvü Murad Boylu, İzmit Cümhuriyyət Baş prokuroru Fərhad Qapıcı, İstanbul Cümhuriyyət Baş prokurorunun müavini Murad Çağlak, HSK Baş katibinin müavini Murad Pala və İstanbul Ağır Cəza Məhkəməsinin sədri Çingiz Doğan Ali Məhkəmənin yeni üzvləri olub.

Qeyd edək ki, Ali Məhkəməyə üzv seçilən Baş prokuror, Baş prokurorun müavinləri və hakimlər daha sonra HSK ilə əvəz olunacaq.

Избранный
57
xalqcebhesi.az

1Источники