Gürcüstanın yeni təhsil, elm və gənclər naziri təyin olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 2-də yeni naziri ictimaiyyətə təqdim edib. Bildirilib ki, bu vəzifəyə 40 yaşlı hüquqşünas Aleksandr Tsuladze təyin olunub.
O, bundan əvvəl təhsil, elm və gənclər nazirinin birinci müavini işləyib.