“Hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O, bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır.
“Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir”, – deyə o qeyd edib.
Referans.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb. O bildirib ki, koronavirus pandemiyası bitsə də, ayrı - ayrı ölkələrdə epidemik ocaqlar davam edir. Omikronun mutasiya variantı davam etməkdədir və sözügedən mutasiya variantları ölkələrdə özünü xəstəlik yaratmaqla göstərir: "Ölkəmizdə də koronavirus davam edir və ölüm halları var. Hətta, uşaqlar arasında koronavirusdan xəstələnmə halları qeyd edilir. Bu baxımdan qışda baş verən müxtəlif respirator xəstəliklərlə yanaşı, koronavirus infeksiyasının davam etməsi qarışıq mənzərə yaradır".
Professor bildirib ki, insanlar diqqətli olmalı, lazım olan zaman həkimə müraciət etməlidirlər:
"Virusa yoluxan şəxs yataq rejiminə keçməlidir. Mümkün qədər qorunmaq və lazımı tədbirlər görmək lazımdır. Həkim nəzarəti olmadan özbaşına dərman qəbul etmək məqsədəuyğun deyil. Bir də mütləq fiziki aktivliyə diqqət etmək, vitaminli qidalarla qidalanmaq lazımdır".
Şəlalə Babayeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта