RU

Əraqçi beynəlxalq tərəfdaşlara səsləndi: İsrail cavab verərsə...

İran ordusu dünənki raket hücumuna cavab olaraq İsrailin mümkün hərəkətlərinə hazırdır.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları ilə telefon danışığında deyib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları hədəfə alıb.

Əraqçi qeyd edib ki, əməliyyat başa çatıb, lakin İsrail cavab verərsə, İran daha sərt olacaq.

Избранный
44
publika.az

1Источники