RU

İran BMT-ni İsrailə hücumla bağlı fəaliyyətsizlikdə İTTİHAM ETDİ - VİDEO

“İran tərəfinin İsrailə raket zərbələri qanuni və haqlı olaraq edilib. Çünki daha əvvəl İsrail ordusu İranın Dəməşqdəki diplomatik obyektlərinə hücum edib”.

Bizim.Media xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirdiyi təcili iclasda çıxışında deyib.

O həmçinin BMT-ni bu hücumla bağlı fəaliyyətsizlikdə ittiham edib. Bildirilib ki, İran İsraildən fərqli olaraq yalnız hərbi obyektləri vurub.

İran nümayəndəsi İsraili İslam Respublikasının təhlükəsizliyini təhdid edən növbəti hərəkətlərə qarşı xəbərdar edib.


Bizim.Media

Избранный
2
32
bizim.media

10Источники