“İran tərəfinin İsrailə raket zərbələri qanuni və haqlı olaraq edilib. Çünki daha əvvəl İsrail ordusu İranın Dəməşqdəki diplomatik obyektlərinə hücum edib”.
Bizim.Media xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirdiyi təcili iclasda çıxışında deyib.
O həmçinin BMT-ni bu hücumla bağlı fəaliyyətsizlikdə ittiham edib. Bildirilib ki, İran İsraildən fərqli olaraq yalnız hərbi obyektləri vurub.
İran nümayəndəsi İsraili İslam Respublikasının təhlükəsizliyini təhdid edən növbəti hərəkətlərə qarşı xəbərdar edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта