Ötən il Azərbaycanda 338 xəstəxana mövcud olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, paytaxt Bakı şəhərində 155 xəstəxana olub.
Xəstəxana sayı Sumqayıt şəhəri üzrə 21, Naxçıvan şəhəri üzrə 15, Gəncə şəhəri üzrə 13 olub.
İşğaldan azad edilmiş Kəlbəcər rayonu 10 xəstəxana ilə 5-ci pillədə qərarlaşıb.
Cəbrayıl rayonunda 8, Lənkəranda 5 xəstəxana olub.
Bundan əlavə rayonunların 7-sində 4, 6-sında 3, 12-sində 2, qalanlarında 1 xəstəxana fəaliyyət göstərib.Hələlik Xankəndi və Ağdərə rayonunda isə göstərici qeydə alınmayıb.