Sentyabrın 26-da ABŞ-ın şərq sahillərini vuran Helen qasırğası 190 nəfərin həyatına son qoyub...
Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. Daha əvvəl 175 nəfərin öldüyü bildirilirdi. Telekanal qeyd edir ki, daha bir neçə yüz amerikalı hələ də itkin hesab olunur.
NBC News-un məlumatına görə, qasırğa səbəbindən 3 milyondan çox ev işıqsız qalıb. 1,3 milyona yaxın istehlakçı hələ də elektrik enerjisindən məhrumdur. Moody's Analytics, fırtınanın zərərini təxminən 34 milyon dollar qiymətləndirir.
Xatırladaq ki, “Helen” qasırğası Meksika körfəzində əmələ gəlib və sentyabrın 26-da Floridaya çatıb. Küləyin sürəti 255 km/saata çatıb. Daha sonra qasırğa Corciya, Şimali və Cənubi Karolina, Tennessi və Virciniya ştatlarına çatıb.
NBC News xəbər verir ki, ölümlərin əsas səbəbi daşqınlar olub.
Poliqon.info