Qapıçı Andre Onana “Mançester Yunayted”in sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, u barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Keçən ay Onana “Mançester Yunayted”in heyətində Premyer Liqa və Avropa Liqasında 5 oyuna çıxıb. Onlarda kamerunlu qolkiper yeddi qol buraxıb (0:3, 3:0, 0:0, 1:1, 0:3).
Cümə axşamı "Mançester Yunayted" Avropa Liqasının 2-ci turu çərçivəsində səfərdə "Portu" ilə qarşılaşacaq.