Tramp deyib ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək hüququna malikdir
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, Ağ Evin keçmiş sahibi Donald Tramp bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək hüququna malikdir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçi Şimali Karolinada seçicilərlə görüşündə bildirib.
İslam Respublikasının nüvə obyektlərinə hücumlarının məqsədəuyğun olmadığını vurğulayana və prezident Co Baydeni tənqid edən Tramp, “Əvvəlcə nüvə obyektlərini vurun və sonra hər şey üçün narahat olun” deyib.
Qeyd edək ki, daha əvvəl Bayden İsraili əməliyyatlar zamanı mülki itkilərdən qaçmağa çağırmışdı.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта