RU

Ronaldu Messini qabaqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "GiveMeSport"un versiyasına görə dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub.
Oxu.Az xəbər verir ki, o, tarixin ən məşhur futbolçusu kimi Leo Messini qabaqlayıb. "İnter Mayami"nin argentinalı hücumçusu isə ikinci olub.
İlk beşliyə həmçinin "Mançester Yunayted" və "Real Madrid"in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.
Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.
Избранный
200
26
oxu.az

10Источники